"102 xidmətinə də məlumat vermişəm" -Ədalət Rüstəm

Bura Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsidir. İkisi polis formasında, biri mülki paltar geymiş polis işçiləri bölmənin girişində, qapalı məkanda maskasız söhbət edir və siqaret çəkirlər. Qapalı məkanda maska geyilməməsi karantin qaydalarının kobud pozuntusudur. Daha bir qanun pozuntusu isə qapalı məkanda siqaret çəkməkdir ki, bu qanun pozuntusu İnzibati xətalar məcəlləsinə görə inzibati məsuliyyət yaradır və ilk dəfə 60 manatla cərimə nəzərdə tutulmuşdur. İkinci şəkildə şəkillərinin çəkilməsini görən polis əməkdaşları dərhal geriyə çevrilirlər, üçüncüsü isə dəhlizə qaçır. Həmin bu polis işçiləri, o cümlədən zabitləri Nəsimi rayonu ərazisində açıq havada (???), küçələrdə (???) maskası burundan aşağı düşən tək dayanan və tək gəzən insanlara yaxınlaşır və onları karantin qaydalarını pozmağa görə tənbeh əvəzinə, 100 manat, etiraz edənləri və hüquqlarını bilməyənləri isə "polisə müqavimət göstərmək" adı ilə 200 manat cərimələyirlər. Ən acınacaqlısı isə haqqını tələb edən insanlara qarşı hətta fiziki güc tətbiq edirlər. Əlbəttə şərəfli polis adına ləkə gətirən belə polis əməkdaşlarını polis idarələrinin şəxsi heyəti sırasında görmək olduqca agridicidir. DİN-nin rəhbərliyi, xüsusilə mətbuat xidməti polis sistemində neqativ hallarin qarşısını almaq barədə vətəndaşlara mütəmadi müraciət edirlər. Bu da əyani fakt. 

Dünən DİN-in 102 xidmətinə məlumat vermişəm. 

 

Bu da fotoşəkil. 23 fevral 2020, səhər saat 11 radələri. 

Hörmətlə Azərbaycan respublikasının vətəndaşı Ədalət Rüstəm.