Bizi düşündürən ən qorxulu problem xəstəxana daxili infeksiyadır. 

Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayev yeni növ koronavirusdan (COVID-19) daha qorxulu olan infeksiyalarla bağlı “Facebook” hesabında paylaşım edib.

Paylaşımı olduğu kimi sizə çatdırırıq.

"Deməli hər kəs Covid-19un artmasından danışır. 
Amma bizim düşündürən ən qorxulu problem xəstəxana daxili infeksiyadır. 
İki həftə əvvəl Yaqut Qarayeva xanım bununla bağlı çox gözəl bir çıxış etmişdi. İnfeksion komitələrin rolu xəstəxanada artırılmalıdır. Covid-19-u peyvəndlə, maska ilə  kontrol etmək olacaq. 
Amma bu infeksiyalar  intensiv terapiyaya düşən bütün xəstələrimizi öldürəcək.  
Son dönəm elə qorxulu əkilmə cavabları gəlirki adam vahimələnir.

1. Antibiotik dəyişimini ancaq infeksionist eləsin.
2.Mikrobioloji laboratoriyaya infeksionist nəzarət eləsin.
3. Temperaturu olan xəstəyə həmən antibiotik başlamayaq.
4. CRP qalxdi deyə antibiotik dəyişməyək.
COVID-19lu xəstələrə gəlincə çatan xəstəyə Aktemra verməyək. Sonra edəcək çox bir şey qalmır. 
Belə xəstələrdə gördüyümüz CRP , hemoqram yalnış olur."

 

Qeyd edək ki, C. Paşayev  özü də COVID-19-a yoluxub və müalicə olunaraq bu yaxınlarda  evə buraxılıb.

Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri, koronavirusa yoluxmuş 36 yaşlı Cavid Paşayev iyulun 13-dən ECMO cihazına qoşulmuşdu.