COVİD-19 daha bir həkimi bizim sıralardan aldı-FOTO

Azərbaycanda daha bir tibb işçisi koronavirusun qurbanı olub.

Koronavirus Azərbaycan səhiyyəsində can almaqda davam edir.

Koronavirusdan itirdiyimiz həkimlər və tibbi personal-SİYAHI+VİDEO

Bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov məlumat verib.

O bildirib ki, Cəlilabad rayonu, Qarazəncir kənd həkim məntəqəsinin müdiri Pirverdi Hümbətov dünyasını dəyişib: “Cəlilabad səhiyyəsi daha bir dəyərli həkimini itirdi. Dəyərli həkim, gözəl dost Pirverdi Hümbətov bu gün COVID- 19-un qurbanı oldu”.

Daha əvvəl xəbər verdiyimiz kimi tibb işçilərinin  yoluxma şansı daha çoxdur.

Hətta virus yükü çəx olduğu üçün həkimlər bu xəstəliyi daha ağır keçirir.

Azərbaycanda daha bir tanınmış həkim koronavirusa yoluxdu-FOTO

Cəlilabad rayonu Qarazəncir kənd həkim məntəqəsinin müdiri Piverdi Hümbətov da səhiyyəmizin bu mübarizədə verdiyi növbəti ağır itkidir.

 

Allah rəhmət eləsin.