DOĞRUDANMI BİZİ COVİD 19-LA BAĞLI, QARŞIDA FACİƏLİ GÜNLƏR GÖZLƏYİR ?
DOĞRUDANMI BİZİ COVİD 19-LA BAĞLI, QARŞIDA FACİƏLİ GÜNLƏR GÖZLƏYİR ?...
(xeyir, əsl elmi həqiqət, söyləntiləri təkzib edir)
Son günlər Covid 19-a yoluxmada dinamik artım qeyd olunur. Bu da tək adi insanlar arasında deyil, hətta həkimlər arasında da narahatlığa səbəb olmuşdur. Müxtəlif sosial şəbəkələrdə yenidən məhdudiyyətlərin tətbiqi, Ali və orta ixtisas peşə məktəbləri, xüsusən orta məktəblərdə distant tədrisə keçidin zəruriliyi haqında müxtəlif fikirlər səsləndirilir. Mən bir neçə müddət əvvəl qarşıdakı aylarda viral infeksiyaların dəfələrlə artacağı haqqında fikirlərimi söyləmiş, lakin bunun Covid 19-la birbaşa əlaqə və bağlılığının olmayacağını, bu səbəbdən də, hətta narahatlığa belə heç bir əsasın olmadığını bildirmişəm. Hazırki vəziyət tələb edir ki, bu problemin elmi təhlilinə punktlar üzrə bir daha konkret münasibət bildirim:
a) Hər bir insanın orqanizmində olan 100 trilyon hüceyrənin yalnız 32,2%-i, yəni 32,2 trilyonu orqanizmə məxsus spesifik hüceyrələrdir.Yerdə qalanı, yəni 68,8 trilyonu, mikrob, virus, bakteriya və sairə kimi, patogen, şərti-patogen və saprofit mikroorqanizmlərdir. Uzunmüddətli birbaşa ünsiyyət və mütəmadi kontakt olmayan hallarda, fərdlər arası, bu mikroorqanizmlərdə “yadlaşma” və simbiozluğa “əks müqavimət” halı yaranır. Bu səbəbdən də , pandemiyadan əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə, növbəti noyabr və dekabr ayının 1-2-ci ongünlüyündə virus təbiətli infeksiyalara yoluxma halı 2-3, hətta 4-5 və daha artıq dəfə arta bilər. Covid 19-la müqayisədə klinik fərqlilikdə, diaqnostik səhvə yol verilməyəcəyi təqdirdə, bu hal heç də qorxulu vəziyyət kimi dəyərləndirilməməlidir. Çünki, növbəti aylardan başlayaraq, kollektiv kontaktda “nisbi uyğunsuzluq” halı aradan qalxacaq və istənilən viral infeksiyaya yoluxmada əvvəlki illərdə olan “nisbi tarazlıq” tam bərpa olunacaqdır.
b) Söylədiklərimin təsdiqi olaraq, səbəbini izah edə bilməsələr belə, Britaniyanın “The Telegraph” agentliyi pandemiyadan əvvəlki illərlə müqayisədə hazırda yuxarı tənəffüs yollarının katarı əlamətlərilə müşahidə olunan viral infeksiyaların kəskin artdığını qeyd edir, bunu hətta super qrip və ya super soyuqlama adlandırılan yeni viruz ştammının əmələ gəlməsi ehtimalı ilə də, izah etməyə çalışırlar. Bu ştammın törətdiyi əsas klinik əlamətlərin boğazda ağrı, burunun axması, öskürək, qoxu hissinin itməsi, yorğunluq kimi, Covid 19-a xas olan əlamətlər olduğu bildirilir. İddia olunur ki, bu simptomlar adi soyuqlama və ya qriplə müqayisədə daha güclü və daha uzunmüddətli olur. Super qrip zamanı yalnız simptomatik müalicə və sakitlik rejiminə əməl olunması tələb olunur!... (diqqət edin, heç bir digər dərman müdaxiləsi yox?). Odur ki, bu klinik simptomların olması belə, Covid 19-un mütləq diaqnoz kimi təsdiqi ola bilməz.
c) İddia olunur ki, hazırda Covid 19-un simptomları çox dəyişmişdir. Adi soyuqlama və qripin əksər klinik əlamətləri Covid 19-a yoluxmanın ilk günlərində müşahidə olunan klinik əlamətlərdən demək olar ki, fərqləmnir. Odur ki, (a) punktunda göstərdiyim səbəblərə görə, kəskin artımla özünü göstərən qrip və adi soyuqlamanın dəyərləndirilməsində, diaqnostik səhvə yol yerilməməli və bu fəsli infeksiyalar, Covid 19-la qarışdırılmamalıdır. Əks hal, əhali arasında gərginlik, panika və qorxu kimi arzuolunmaz və idarəolunmaz bir hal yaradar (biz hazırda bu problemlə üz-üzəyik). Nəticədə məhdudiyyət və karantin tədbirlərinin əsassız da olsa, tətbiqinə zəmin yaranar. Odur ki, xəstələrə yanaşma, xüsusən diaqnostik qiymətləndirmədə səhv etmək olmaz!... Təkrar edirəm, hazırda heç bir məhdudiyyət və karantin tədbirlərinə gedilməməli, əksinə, məhdud saydada olsa da, qalan bütün istehsal və qeyri-istehsal sahələri təcili olaraq açılmalı, onlar tam gücü ilə işləməli və əhalinin yaşayış şəraiti və maddi təminatınin yaxşılaşdırılması üçün bütün tələblər qeyri-şərtsiz olaraq yerinə yetirilməlidir.
e) Əlavə olaraq bildirmək istəyirəm ki, Covid 19 yoluxdurma göstəricisinə görə 10 ən geniş yayılmış viral infeksiya içərisində 5-ci (Ro indeksi 2,2-dir), letallıq göstəricisinə görə isə, yalnız 6-cı yerdədir. Yəni hər 100 xəstəyə 3,6 % ölum halı düşür. Odur ki, Covid 19-un hazırda müşahidə olunan artım dinamikasına, fəsli xarakter daşıyan viral infeksiyaların, total artımının faiz nisbəti kimi baxılmalıdır. Başqa sözlə, viral infeksiyaların hazırki total artımı faizinin dəyərləndirilməsi zamanı, diaqnostik səhvə yol verilməzsə, bunların Covid 19-la heç bir əlaqə və bağlılığının olmaması mütləq şəkildə öz təsdiqini tapar. Məlum olar ki, bunlar insan orqanizminə xüsusi qorxu törətmək qüdrətində olmayan, hər il təkrar-təkrar yoluxduğumuz, fəsli qrip, adenovirus və sair təbiətli viral infeksiyalardır.
f) Odur ki, insanlara əl tutmaq, onlara yardım etmək və düzgün maarifləndirmək lazımdır ki, adi gigienik qaydalara riayət edib, normal həyat ritmlərini bərpa etsinlər. Covid 19 bəlasından çox, düşdükləri stress və mənəvi sarsıntıdan qurtarıb, normal həyatlarını yaşasınlar.