Gələn həftədən Rusiyada kütləvi peyvəndlənmə başlayacaq

Rusiya prezidenti Vladimir Putin ölkənin baş nazirinin müavini Tatyana Qolikovaya koronavirusa qarşı kütləvi peyvəndlənmənin aparılmasını tapşırıb.

ALO103.com “RİA Novosti”yə istinadən xəbər verir ki, peyvəndləmə gələn həftənin sonundan başlayacaq.

Vətəndaşlara "Sputnik V" vaksini vurulacaq. Peyvəndlənmə könüllü və pulsuz olacaq.