Koronavirusda effektiv olsaydı Bayer istehsalını artırar və dünyaya satardı-PROFESSOR
Koronavirus pandemiyasının ilk günlərindən daimi marifləndirici paylaşımları və əsaslandırılmış təklifləri ilə seçilən professor Musa Qəniyev karantin rejimi haqqında növbəti blog-postu öz facebook səhifəsində həkimlər və digər izləyiciləri üçün bölüşüb.
Paylaşımı sizə olduğu kimi təqdim edirik:
"“BAYER” FİRMASININ «BREND PREPARATININ” COVİD19-A TƏSİRİ HAQQINDA
Son zamanlar rastlaşdığım bəzi elm adamlarının məqalələrində Almaniyanın “Bayer” əczaçılıq firmasının istehsalı olan xloroxin preparatının COVİD19-un müalicəsində yüksək effektivliyi söylənilir. Eləcə də iddia olunur ki, firma sonuncu dəfə bu preparatı, yəni 60 milyonluq dəyəri olan sonuncu istehsalını (o cümlədən təmənnasız olaraq, 30 milyon doza hidroksixloroxin), bütünlüklə ABŞ-a satmışdır. Bundan sonra, nəyə görəsə, hazırda güya çox böyük ehtiyac duyulan bu preparatların istehsalını dayandırmışdır. Görünür, burada nəsə gizli mətləblər vardır.
Ölkələr COVID-19 əleyhinə peyvəndi kütləvi şəkildə alır
Təbii ki, belə məlumatı oxuyan insanlarda təzadlı fikirlər və qeyri-müəyyənlik yaranır. Bəs əslində xloroxinin və ya hidroksixloroxinin COVİD19-a qarşı virilosid və ya virilostatik təsiri varmı? Bu haqqda reallıq aşağıdakı kimidir:
Mən 20 apreldə bu preparatların, COVİD19 zamanı ehtimal olunan effektivliyinin nəzəri əsasa istinad etməməsi, eləcə də təsir mexanizmləri haqqında geniş məlumat vermişdim.
Hazırda bu problemin yenidən gündəmdə olmasını nəzərə alıb, bir daha bəzi fikirlərimi nəzərinizə çatdırır və gələcəkdə onlara əməl olunmasını xahiş edirəm. Əvvəla bir neçə kəlmə Bayer firması haqqında, daha doğrusu, ona xarici müdaxilənin ola bilib, ola bilməməsi haqqında:
Almaniyanın “Bayer” firması 1863-cü ildə yahudi əsilli almanlar- Fridrix Bayer və onun şəriki İohann Fridrix Bekskott tərəfindən yaradılmışdır. İlk əvvəl boya (həmin dövrdə ən gəlirli sahə olub), 1935-ci ildən sonra isə, əsasən, antibakterial dərman maddələri- sulfamidlərin istehsalı ilə (o illərdə bundan gəlirli sahə olmayıb) məşğul olub. 1930-cı illərin əvvəlində “Bayer” firması nasist Almaniyasının maliyyə özəyini təşkil edən böyük kimya birliyi “İQ Farben İndustri”-nin tərkibinə qatılır. 1956-cı ildən isə yenidən müstəqilləşir və fəaliyyətini davam etdirir. Hazırda bu firmanın aktivi 90 milyarddan, dövriyyəsi 40 milyarddan artıqdır və 112000 mindən artıq əməkdaşı vardır.
Koronavirusla mübarizənin ağ xalatlı şəhidləri-38 HƏKİM
Bu firma dövrümüzün ən nəhəng əczaçılıq birliklərindən biri hesab olunur. İstəyirəm biləsiz ki, hazırda Bayer firmasının çox güclü iqtisadi dayanıqlığı və hədsiz güclü siyası dəstəyi vardır. Yəni hazırda ona dərman istehsalı ilə bağlı nəinki hansısa bir xarici müdaxilə ola bilməz, hətta bu haqda düşünmək belə gülüncdür. Hərgah xloroxinin və ya hidroksixloroxinin koronavirusa qarşı effektivliyi yüksək dəyərləndirilsə idi, Bayer firması bu preparatların istehsalını qat-qat artırar və bütün dünyaya satardı. Çünki söylədiklərimlə yanaşı, bu preparatların pay və patent hüququ da bilavasitə bu nəhəng birliyə məxsusdur.
İndi isə hər iki preparat haqqında:
Bu preparatlar kinə ağacının qabığından alınan və ilk dəfə 1638-ci ildə böyük məbləğdə pula Peru şahzadəsinə satılmış və onun malyariyadan əziyyət çəkən xanımı Qrafinya Anna del Chinchon-u bu xəstəlikdən sağaldan xinin alkoloidinin (cövhərin) sintetik analoqlarıdır. Yəni malyariyaəleyhinə dərman maddələridir.(kinə ağacı qabığının müalicəvi təsiri haqqında ilk yazılı məlumatlara, əlyazması 1633-cü ilə təsadüf edən və 1638-ci ildə İspaniyada çap olunmuş dini kitablarda rast gəlinir. Qrafinya Anna del Chinchon şəfa tapdıqdan sonra, Avropada insanların bu xəstəlikdən əzab çəkdiklərini eşidib İspaniyaya gəlir. O, xəstələrin evlərini bir-bir gəzərək, şəxsi vəsaiti hesabına hazırlatdırdığı şəfaverici cövhəri öz əllərilə onlara içirir. Məhz insanhərvərliyi, humanistliyi, sadəliyi, səmimiliyi, xüsu-sən, ”böyük ürəyinə” görə xalq ona "Gözəl Anna" təxəllüsünü verir.
Peyvəndin tapılması ifadəsi yanlışdır-MÜSAHİBƏ
Sual oluna bilər, mən bunları nəyə yazıram? Bilin ki, mən bunları hazırkı dövrə tam uyğunluğuna görə yazıram və təkrar-təkrar da yazacam. Yəni həmin dövrdən düz 382 il keçsə də, yaxşılığın müqəddəs bir iş olduğu və heç bir vaxt unudulmadığına görə. İmkanlı adamların, gündəlik bir parça çörəyə belə ehtiyacı olan insanlara ediləcək maddi köməyinin müqəddəsliyi, bu xidmətin tarixdə əbədi qalacağını və dövrü xatırlanacağını bilmələri naminə, bunları yazıram; unutmayaq ki, koronavirus bu il müqəddəs Məkkə ziyarətinə də imkan vermədi; düşünürəm ki, bu ziyarəti arzulayan, lakin məlum səbəbdən bu ziyarətə gedə bilməyənlər o pulu, imkansız adamların ehtiyacına sərf etsə, bu Allah dərgahında qəbul olunan ən müqəddəs ziyarət ili olar).
Hər iki preparat 4-aminoxinolin törəməsidir. Xloroxin ilk dəfə 1934-cü ildə Hans Andersaq tərəfindən alınmış və klinik istifadəyə tövsiyə olunmuşdur. ÜST-in əsas dərman maddələri siyahısına daxil edilmişdir. Preparatın latın dilində adı Chloroguin-dir. Hazırda Xinqamin, Delagil, Rezoxin, Aralen və s. kimi 50-dən artıq ticari adla buraxılır. Xloroxin və onun hidroksilli analoqu təsir mexanizminə görə biri-birindən fərqlənmir. Hər iki preparatın təsir mexanizminin əsasında immun hüceyrələr arasında siqnallarım ötürülməsinin blokada olunması, proiltihabı faktorların ifrazının süstləşməsi, hüceyrədaxili turşuluğun azalması durur. Bu preparatların yeganə fərqi xloroxinin molekulunda olan C2H5 qrupu əvəzinə, hidroksixloroxinin molekulunda CH2-CH2OH qrupunun olmasıdır. Məhz bu fərqliliyə görədir ki, hidroksixloroxinin əlavə effektləri nisbətən azdır və seçim zərurəti yarananda üstünlük əksər hallarda bu preparata verilir.
"Koronavirusun mutasiyası üçün ən azı 7-10 il lazımdır"-PROFESSOR
Onların bizim üçün önəmli olan təsiri ikidir- Iltihabəleyhinə və immunosupressiv təsirləri. İlk vaxtlar COVİD19-da istifadəsi və effektiv ola bilmələri haqqında fikirlər hüceyrədaxili farmakoloji fəallığa malik olmaları ilə əlaqədar idi. Bildirmək istəyirəm ki, bu preparatlar antiviral dərman deyildir və COVİD19 zamanı effektivliyi praktik əhəmiyyət kəsb etmir və edə də bilməz. Digər tərəfdən, xəstəliyin başlanğıc mərhələsi, eləcə də profilaktik məqsədlərlə onların qəbulu yolverilməzdir. Çünki, immunosupressiv xüsusiyyətə malik olduqlarına görə, istənilən mikrob, virus, göbələk və s. mənşəli infeksiyalarda arzuolunmaz proqnostik göstəricilərə səbəb ola bilərlər.
Nəzərinizə çatdırmaq istəyirəm ki, gələcəkdə, hətta bu preparatların COVİD19-a təsiri təsdiq olunsa belə (laborator tədqiqatlarda bu prepartların koronavirusa təsir göstərməsi haqqında məlumatlar var, lakin klinikada öz təsdiqini tapmamışdır), onlar yalnız xəstəliyin çox ağır və müalicəyə tabe olmayan formasında, yəni immun reaksiyanın kəskin yüksəldiyi və orqanizmin özü-özünü məhv etməyə başladığı dövrdə- “sitokin fırtınası” baş verdiyi hallarda təyin edilə bilər.
TƏBİB-dən açıqlama: Yumşalma olacaq
Bu preparatların böyük bir miqdarının ABŞ tərəfindən alınmasına gəlincə isə, onlardan bu ölkədə iyun ayının 13-nə qədər hətta profilaktik məqsədlərlə də istifadə olunurdu. Özünün dəfələrlə vurğuladığı kimi, Ağ evin başçısı belə, aprel ayından başlayaraq hidroksixloroxini (plakvenil ticari adı altında) profilaktik məqsədlə nəinki qəbul edir, hətta qızğın təbliğ edirdi. Lakin iyun ayının 16-da ABŞ-da Yeyinti Məhsulları və Dərman Preparatlarının Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsinin məlum qərarından sonra, onun bu ölkədə istifadəsi dayandırıldı. Hər şeydən əvvəl virilotrop effektinin olmaması, eləcə də çox ciddi arzuolunmaz əlavə effektlərinə görə. Nəzərə almaq lazımdır ki, COVİD19 zamanı bu preparatların istifadəsini ÜST-ün işçi qrupu ümumiyyətlə məsləhət görmür.
Düşünürəm ki, bu sətirləri diqqətlə oxuyanlara xloroxin və ya hidroksixloroxin haqqında söylədiklərimdən artıq məlumatların verilməsinə heç bir ehtiyac yoxdur. Odur ki, fikirlərimi bununla yekunlaşdırıram.
Son zamanlarda COVİD19-un laboratoriya şəraitində yaradılması haqqında bəzi alimlərin məlum mülahizələrinə, növbəti paylaşımlarda bir daha öz münasibətimi bildirəcəm.
"