Koronavirusla mübarizənin ağ xalatlı şəhidləri-38 HƏKİM
Dünyada koronavirusa yoluxmuş adamların sayı 18 023 357 nəfərə çatıb.
Virusdan 688 939 xəstə ölüb, 11 332 014 nəfər sağalıb.
Koronavirusun ən çox yayıldığı üç ölkə ABŞ (4 764 318 nəfər), Braziliya (2 708 876 nəfər) və Hindistandır (1 751 919 nəfər).
Ən çox ölümün müşahidə olunduğu dövlətlər ABŞ (157 898 nəfər), Braziliya (93 616 nəfər) və Meksikadır (47 472 nəfər).
Azərbaycanın sərhəd qonşuları arasında koronavirusa ən çox yoluxma siyahıda dördüncü olan Rusiyada (845 443 nəfər), virusdan ölüm isə 10-cu yerdə qərarlaşan İrandadır (16 982 nəfər).
COVID-19-da öskürəyin xüsusi intonasiyası var
Azərbaycanda bu vaxta qədər 32 157 nəfərdə koronavirus qeydə alınıb. Virusa yoluxanların 26 474-ü sağalıb, 454-ü isə həyatını itirib.
Koronavirus infeksiyası səhiyyəmizin döyüşçüləri olan həkimlərimizdən də yan keçməyib.Artıq bir çox sağlamlığımızın keşikçiləri bu infeksiyadan qurtula bilsə də,koronavirusa mübarizədə vəfat edən həkimlərimiz də az deyil.
Həkimlərimizdən əksəriyyəti sağalaraq öz sıralarına qayıtsa da bu mübarizənin şəhidləri də az olmadı.Yoluxma nəticəsində biz təkcə koronaviruslu xəstələrlə işləyən həkimlərimizi yox həm də, gündəlik tibbi prosedurlar üçün pasientləri qəbul edən, onların dərdinə dərman olan həkimlərimizi də itirdik.
Xatırladaq ki, daha öncə də qeyd etdiyimiz kimi həkimlərimiz təkcə koronavirusla mübarizə aparmır, həm də çatışmayan fərdi qoruyucu vasitələrin qıtlığı və koronavirusa inanmayan kütlənin inadı ilə də mübarizə aparırlar.Dəfələrlə həkimlər həyəcan təbili çalaraq, xəstəxanalarda yerlərin məhdud olduğunu car çəkib. Amma bir əmması vardı, artıq özləri yoluxmuşdular.Gözəgörünməz düşmənlə mübarizədə artıq ön cərgələrdə gedən mübariz həkimlərimiz və tibbi personalımız özü də bu infeksiya ilə ölüm-dirim mübarizəsində idi.
TƏBİB-dən açıqlama: Yumşalma olacaq
Bu mübarizədə səhiyyəmizin bir çox sayılıb-seçilən nümayəndələrini, ön cəbhədə vuruşan reanimatoloqlarımızı və daim xəstələrin qulluğunda olan tibbi personalı itirdik.
Koronavirusla mübarizə davam edir. Həkimlərimizə və onlara daim dayaq olan tibbi personala işlərində uğurlar və ən dəyərli neymət olan can sağlığı arzulayırıq.
Koronavirusla mübarizədə vəfat edən həkim və tibbi personalın siyahısını hüznlə sizə təqdim edirik.
1. Əhməd Şirinzadə Sumqayıt Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin həkimi.
2. Kəmalə Dəhqani Gəncə ş. Uşaq nevroloqu
3. Kamil Əliyev Astara MRX Cərrah
4. Mehman Hüseynov Gəncə ş. Ortoped-travamotoloq
5. İbadət Ağayev Cəlilabad TTYS
6. Ceyhun Hacıyev Bakı ş. Anestezioloq-reanimatoloq
7. Faiq Yusifov Respublika Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı.
8. Fərman Süleymanov Sumqayıt şəhər xəstəxanası
9. Faiq Ağayev Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
10. Fikrət Namazov ATU-nun Onkologiya kafedrasının onkoloqu
Koronavirus laboratoriyada yaradılıb-PROFESSORDAN İDDİA
11. Rəna Məmişova Mingəçevir Reanimasiya Şöbəsi
12. Zakir Xəlilov Bakı ş. TTYS
13. Ruhiyyə Kərimova Bakı ş. Kardioloq
14. Tahir Bababəyli İstanbul, Başakşehir Kayabaşı mahallesi.
15. Tərlan Hüseynli Mingəçevir ş. Stomatoloq
16. Surxay Quliyev Gəncə ş TTYS
17. Gülnarə Xəlilova Mərdəkan 26 saylı Birləşmiş Xəstəxana. Pediatr.
18. Cəmşid Abbasov Gəncə ş. TTYS
19. Kərəm Yaqubov Kliniki Tibbi Mərkəz Həkim-reanimatoloq
20. Ulduz Əhmədova Yevlax rayonu Havvarı Kənd Xəstəxanasının Baş həkimi
21. Surət Abbasov Gəncə ş. TTYS
22. Fəxrəddin Məmmədov Sumqayıt şəhər 5 Saylı Uşaq Poliklinikası Rentgenoloq
23. Qəşəm Hüseynov Bakı ş. TTYS
Vaksinasiyadan ilk növbədə tibb işçiləri və müəllimlər keçəcək
24. Sədaqət Həsənova Bakı ş. N.Nərimanov adına 1 saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının pediatrı
25. Əlipənah Qarayev Mingəçevir Şəhər Xəstəxanası Ortoped-Travmatoloq
26. İsmayılova Aidə Bakı ,25 saylı poliklinikada Terapiya şöbə müdiri
27. Piverdi Hümbətov Cəlilabad Qarazəncir kənd həkim məntəqə müdiri
28. Cəlil Qocayev Qazax Xanlıqlar kənd həkim məntəqəsinin həkimi
29. Mətanət Atayeva Bakı Suraxanı rayonu 23 poliklinada terapevt
30. Valiyə Peykər Bakı 7 saylı doğum evi cərrah mama-ginekoloq
31. Təranə Quliyeva Bakı 5 saylı poliklinika həkim-terapevt
32. Səfərova Zərifə Bakı Elmi Tədqiqat Pediatriya İnsitutunun həkimi
33. Xasay Bayramov Sumqayıt Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından həkim
34. Tofiq Əliyev Bakı Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından həkim
"TƏBİB"-Ə AÇIQ MƏKTUB -Mənə bir həkim kimi maraqlıdır
35.Teymur Cəfərov Bakı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu
36.Bəyaz xanım Bakı KTM terapevt
37.Müşfiq Nağıyev Bakı həkim farmosept
38. Xəqani Məhərrəmov Bakı həkim-treapevt Furqan klinikası
Bütün həkimlərimizə, o cümlədən COVID-19 virusundan vəfat edən digər tibb işçilərinə və vətəndaşlarımıza Allahdan rəhmət diləyirik