"Koronavirusun mutasiyası üçün ən azı 7-10 il lazımdır"-PROFESSOR

Koronavirus pandemiyasının ilk günlərindən daimi marifləndirici paylaşımları və əsaslandırılmış təklifləri ilə seçilən professor Musa Qəniyev karantin rejimi haqqında növbəti blog-postu öz facebook səhifəsində həkimlər və digər izləyiciləri üçün bölüşüb.

Paylaşımı sizə olduğu kimi təqdim edirik:

    " Hazırda məni ən çox narahat edən, son günlər bu virusun dövrü mutasiyaya məruz qalması haqqında müxtəlif mətbu orqanları və sosial şəbəkələrdə yayılan məlumatlardır. Bu məlumatlarda COVİD19-un yaxın 2 ilə qədər bizimlə yol-yoldaşı olacağı və canlar alacağı kimi bədbin və əsassız fikirlər səsləndirilir. Bəs bu fikirlər nədən qaynaqlanır? 
     Xatırlatmaq istəyirəm ki, antik dövrdən günümüzə qədər baş verən 60 epidemiya və pandemiyanın, yalnız indiki kimi bütün dünyanı əhatə edən 5-də davam etmə müddəti 2 il göstərilir. Unutmaq olmaz ki, bu müddət infeksiyanın başlaması və tam sönməsi tarixidir, yoluxdurma və letallıq tarixi deyildir. Ən ağır virus infeksiyasının davam etmə və aktiv yoluxdurma müddəti,  ilin xronoloji fəsli dəyişikliklərinə ğörə 12 aydan artıq ola bilməz. Əks hal təbabət və mövcudiyyət qanunlarına ziddir. Bu səbəbdən mən COVİD19-un mütasiyası haqqında 5 iyulda yazdığım məqaləni qisa ixtisarla bir daha paylaşmağı zəruri bildim.
    Qeyd etmək istəyirəm ki, hazırkı şəraitdə insanlarda psixi stabilliyin qorunması, onların gərginlik, həyəcan, qorxu, sabaha inamsızlıq kimi hisslərdən azad olmasına çalışmaq, eləcə də ən Ali Dövlət  Qurumları səviyyəsində mənəvi və maddi dəstəyin göstərilməsi, sadəcə, zərurətdir.  Söylədiklərimin içərisində ən mühümü,  insanlara COVİD19 haqqında yalnız düzgün, elmi əsasa söykənən və bu problemin müxtəlif aspektlərilə məşğul olan  mütəxəssislərin verdiyi məlumatların çatdırılmasıdır. Axı biz XXI əsrda yaşayırıq. Unutmamalıyıq ki, bu gün adi insanların bu infeksiya haqqında bilgisi, digər ixtisas sahibi olan həkimlərin bildiyindən heç də az deyildir. 
     Buna baxmayaraq, COVİD19-un yeni mütasiya serotipləri yaranması və yaxın aylarda da yaranacağı, bu pandəmiyanın sonu görünmür və sair kimi məsuliyyətsiz fikirlər səsləndirmək yolverilməzdir. Axı bütün insanların həyatı dərki, elmi düşüncəsi, idrakı, mövcud vəziyyətə yanaşması, eyni deyil, fərqli və ziddiyyətlidir. Odur ki, bu cür elmi əsası olmayan bədbin məlumatlar, hazırda psixi durumu ilə biri-digərindən kəskin fərqlənən, məlum 4 insan tipinin birinə təsir göstərməyə, digərində nevroloji, başqa birində zəif, digər insan tipində isə, dərin psixoloji pozğunluqlara səbəb ola bilər. Odur ki, COVİD19-la bağlı istər həkim, istər alim, istər ziyalı, istərsə də ali və ya orta təhsili belə olmayan hər hansı bir insan, sosial şəbəkələrdə və ya digər təbliğat vasitələrində, işlətdiyi hər bir sözün məsuliyyətini və törədəcəyi fəsadları qabaqcadan çox ciddi fikirləşməlidir. Şübhəsiz ki, deyiləcək hər bir söz dərin elmi təhlilə əsaslanmalıdır. 
     Təkrar edirəm, COVİD19-un mütasiya etdiyi və edəcəyi kimi söylənilən bütün fikirlər tamamilə əsassızdır və heç bir elmi mənbəyə istinad edə bilməz. Bu aşağıdakı inkar olunmaz elmi dəlillərdə öz təsdiqini tapır:
     Əvvəlki, paylaşımlarda təkrar-təkrar qeyd etdiyim kimi, tək zəncirli RNT tipli məlumat kodu daşıyan koronavirusların hazırda 40 növü müəyyən edilmişdir. Bu 40 serotipdən insanlarda yalnız 7-si xəstəlik törədə bilir. 7 serotipdən də 4-ü (şərti adı 229E, OC43, NL63, HUK1 olan) sağlam genoma malik olan, adi insana yoluxduqda, müalicə tələb etməyən zəif soyuqlama  əlamətləri törədir. Yalnız 3 koronavirus serotipi SARS CoV, MERS CoV və COVİD19 insanlarda atipik pnevmoniya ilə fəsadlaşa bilən, ağır, ağ ciyər və tənəffüs yolu patologiyalarına səbəb ola bilər. 
     Diqqət edin: öldürücü serotiplərin ilki olan, naməlum xələfə malik SARS CoV  ilk dəfə 2002-ci ildə, xələfi bu serotip olan  MERS CoV 2012-ci ildə, xələfi sonuncu serotip olan hazırkı COVİD19 isə, ÜST-in rəsmi məlumatına görə 2019-cü ildə qeydə alınmışdır və hazırda davam etməkdədir. Başqa sözlə desək, mütasiyalar arasındakı müddət 10 və 7 il olmuşdur. Odur ki, COVİD19-un təkrari mütasiyaya məruz qalaraq digər- letal göstəriciləri daha yüksək olan serotipə keçməsinin ən qısa müddəti 7 ildən 10 ilə qədər olmalıdır. Yəni insanlarımız əsəb sistemlərinin tükənmiş vəziyyətdə olduğu hazırkı durumda bu incə mətləbi bilib sakitləşməli və dərk etməlidirlər ki, həyat enerjisi tükənməz və sönməzdir. Virus infeksiyası isə var, olub və olacaq. Heç bir virus, letallıq əmsalından asılı olmayaraq belə, həyat enerjisinə hətta nisbi də olsa təsir göstərə bilməz. 
     Bir daha təkrar edirəm ki, COVİD19-dan keçmiş zamanda danışılması və insanlığın əvvəlki xoşbəxt həyata qovuşması çox da uzaqda deyildir. Bunun üçün biz yalnız 90-cı illərdən sonra itirdiyimiz şəxsi gigienik dəyərlərə qayıtmalı və onlara qönmədən əməl etməliyik. Başqa sözlə, gigienik vərdişlərə və ünsiyyət formalarına. Bu iki şərt heç vaxt unudulmamalıdır."

Biz də, ALO103.com kollektivi olaraq dəyərli professorumuza təşəkkür edirik.

davamı olacaq.