"Marketlərə girişdə temperaturun ölçülməsi şoudan başqa bir şey deyil"-MÜTƏXƏSİS

Məşhur həkim reanimatoloq Şahin Məmmədov daim öz açıqlamaları ilə fiqqət mərkəzində qalmağı bacarır.

Belə ki, Şahin həkim həmişə izləyiciləri və həmkarları üçün həm elmi yeniliklərdən, həm də gündəlik aktual olan problemlərlə bağlı paylaşımlar edir.

Bu dəfəki paylaşım isə daha çox koronavirusla mübarizə tədbirlərinin real yox, görüntü yaratmaq üçün  istifadə olunduğunu qeyd edib. Əhalini isə həmişəki kimi, qaydalara ciddi riayət etməyə çağırıb.

Paylaşımı sizəmolduğu kimi yəüdim edirik:

"Bilin və agah olun ki marketlərin, restoranların, klinikaların və s girişində temperaturun ölçülməsi teatrdan başqa bir şey deyil. Sadəcə mənasız show. Camaatda həmin müəsisəyə inamı artırmaq üçün) içəri girməyə qorxmasın insanlar, güvənli yer olduğunu zənn etsinlər. 
Bu uzun yol qət etmiş  maşının yağını yoxlamağa bənzəyir. Maşın istidisə şup normal göstərəcək)
Mənasızdır ona görə ki əvvəla elə simptomsuz xəstələr var ki super yayıcılardır. İnkubasion dövrdə də viral shedding həddən artıq çox ola bilər. Hətta simptomlu xəstələrin də həmişə temperaturu olmur ki. Günün müəyyən saatlarında olur, bəzən heç olmaya bilər. Xəstəxanaya hətta boğulma ilə gətirilən xəstələrin cəmi 30% ində yuksek temperatur olur, 70% ində hərarət normal olur. Müəsisələrin girişində yalnız ağır qızdırmalı xəstələr təyin edilə bilər ki onların da restoranda, marketdə nə işi.  +Lazer termometriyanın sensitivliyi aşağıdır, temperaturun olmaması hər şeyin normal olduğunu göstərmədiyi kimi o marketin, o restoranın, o iş yerinin də güvənli , təhlükəsiz yer olduğunu göstərməz."

Çalışın sağlam qalın.