"Oranı Çernobıla bənzədirdim"-AZƏRBAYCANLI HƏKİM

Koronovirus infeksiyası təkcə bizdə Azərbaycanda yox bütün dünyada amansız, gözəgörünməz düşmən kimi artıq özünü göstərib. Yoluxanların sayı 16 milyonu ölənlər isə 650 mini keçib. Heç bir inkişaf etmiş ölkənin belə  səhiyyəsi bu yükə və bu mübarizəyə hazır deyildi. Yoluxma sayının artması və spesifik müalicənin olmaması bu pandemiyanın gedişatını daha da ağır etdi. 

Bizim həkimlər və tibb işçiləri də bu pandemiya başlayan ilk günlərdən koronavirusla  mübarizəyə canla-başla ən ön sırada başladılar.Məhz ilk günlərdən onların mübarizliyi nəticəsində ölkəmizdə yoluxma və ölüm sayları minumumda idi.

TTYS həkimi koronavirusdan vəfat etdi-FOTO

Həkimlərimiz təkcə koronavirusla mübarizə aparmırdı, həm də çatışmayan fərdi qoruyucu vasitələrin qıtlığı və koronavirusa inanmayan kütlənin inadı ilə də mübarizə aparırdılar. Dəfələrlə həkimlər həyəcan təbili çalaraq, xətəxanalarda yerlərin məhdud olduğunu car çəkdi. Amma bir əmması vardı, artıq özləri yoluxmuşdular. Gözəgörünməz düşmənlə mübarizədə artıq ön cərgələrdə gedən mübariz həkimlərimiz və tibbi personalımız özü də bu infeksiya ilə ölüm-dirim mübarizəsində idi.

Mübarizənin ilk günlərindən bu cəbhəyə könüllü yazılan və koronavirusla mübarizə cəbhəsində yüzlərlə xəstəni bu amansız infeksiyanın cəngində qutaran həkimlrəimizdən biri də məşhur anestezioloq Kəmalə Namazovadır. Kəmalə xanım qeyd etdiyimiz kimi, ilk günlərdən bu mübarizəyə qoşularaq bir çox ağır xəstələri yenidən həyata qaytarıb.

Tədris Cərrahiyyə Klinikasında nə baş verir?

Koronavirus Kəmalə xanımın özündən də yan keçməyib. Hal-hazırda Kəmalə xanım koronavirusda sağalaraq yenidən öz işinin başındadır və yenidən koronavirusla mübarizəyə davam edir.

Bu barədə o öz facebook hesabında paylaşım edib. İzləyiciləri yüzlərlə şərh yazaraq həkimə təşəkkür edib və onun iradəsinə heyran qaldıqlarını gizlətməyiblər.

Biz də ALO103.com kollektivi adında Kəmalə xanım və onun timsalıda koronavirusla mübarizədə uğurlar arzu edirik.

Kəmalə xanımın paylaşımını sizə olduğu ki təqdim edirik

"Artıq 4 ay tamam oldu ki, Covid-19 la mübarizə aparıram. Kiçik hesabat verəcəm. 1 gün: 3 ; 1 həftə: 7. 1-ci ay-21 xəstə. Get gedə artdı.
Oranı Çernobıla bənzədirdim.O REANİMASİYA koridoru HƏYAT-ÖLÜM ASTANASIDIR.Mən həmişə o astanada dayanıb əvvəlcə reanimasiyanı süzürdüm.40 nəfərlik palatada xəstə qəbulu.. ən dəhşətli günümüz Rəşad Quliyev, mən və Murad dr mayın 30- iyunun 5-6 oldu.. Xəstə insan axınının qarşısında 3 həkim aciz qaldıq. Katalkalarda can verən, ağzıköpüklü, imdad diləyən, SPO2-18-58% olan xəstələri gətirən saya bilmədiyim TTY maşınlarını görəndə dəhşətə gəldim.Acil bacardıqca tez-tez, yıxıla-dura qaçıb intubasiya edib STA-na qoşurduq.
Tez ol!Profol.Rokuron.Larinqaskop.Trubka.Aparat!
Bir anlıq koridorda qulaqlarımı tutub bərkdən qışqırıb, ağlamağa başladım. Rəşad Quliyev məndən bərk yapışıb, silkələdi. Ağlama.biz insanlara kömək etməliyik.Bir gündə 20 xəstəni intubə etdik. Elə həmin günü yoluxdum. hərarətim ola ola yenə düşdüm reanimasiyada işlədim.Çunki həkimlərin çoxu yoluxmuşdu, xəstələrimizi itirmək qorxusu var idi. 36 yaşlı Zaurumuz, Ənvər babamız, Raya nənəmiz,analarımız , atalarımız, 20 yaşlı leykozlu balamız.. Bu virusun nə qədər qurbanları oldu? Xasay dr, Valiya dr, Zərifə dr.. Bir onu bilirəm
O reanimasiyada xəstələrlə, onların yaxınları ilə dost olduq.bir ağladıq, bir güldük.Onların acısı da bizim oldu, sevinci də.
Bir dəfə bir video rolik gördüm.20-22 yaşlı bir oğlandan soruşdular ki: özünlə fəxr edirsən? Dedi:hə.mən aprel döyüşlərində olmuşam. Ona paxıllıq etdim.. Bu Müharibəyə Azərbaycanda ilk könüllü yazılan həkim oldum.Bilirəm ki, bu 4 ayda bacardığımdan da bəlkə artıq etdim.Heç nədən, boş reanimasiyadan hər şey yaratdım.Ən əsası ölüm ayağında olan iki qardaşı, ana balanı barışdırdım..İndi mən də özümlə fəxr edirəm ki, millətimə, Vətənimə gərək oldum.. itkilərimiz olsa da, can verdiyim, sagaltdiğim, ekstubə etdiyim, evinə güllə-gülə göndərdiyim xəstələrim olub. 3000 xəstədən 4,5% letallıq. ÖZÜNÜZÜ QORUYUN.BU DÜNYANI SEVGİ, VİCDAN, QEYRƏT, GÖZƏLLİK XİLAS EDƏCƏK..."  

Xatırladaq ki, koronavirusla mübarizədə həkim və tibbi personal arasında olan itkilər kifayət qədər böyükdür.

COVID-19 virusu ilə mübarizədə itirdiyimiz həkimlər.

1. Əhməd Şirinzadə  Sumqayıt Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin həkimi.

2. Kəmalə Dəhqani  Gəncə ş. Uşaq nevroloqu 

3. Kamil Əliyev Astara MRX Cərrah

4. Mehman Hüseynov  Gəncə ş. Ortoped-travamotoloq

5. İbadət Ağayev Cəlilabad  TTYS

6. Ceyhun Hacıyev Bakı ş. Anestezioloq-reanimatoloq

7. Faiq Yusifov  Respublika Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı.

8. Fərman Süleymanov Sumqayıt şəhər xəstəxanası

9. Faiq Ağayev Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 

10. Fikrət Namazov ATU-nun Onkologiya kafedrasının onkoloqu

"Həkimlər oteldə döşəmə xalçası və havasızlıqdan koronavirusa yoluxur"

11. Rəna Məmişova  Mingəçevir Reanimasiya Şöbəsi

12. Zakir Xəlilov Bakı ş. TTYS 

13. Ruhiyyə Kərimova Bakı ş. Kardioloq

14. Tahir Bababəyli İstanbul, Başakşehir Kayabaşı mahallesi.

15. Tərlan Hüseynli Mingəçevir ş. Stomatoloq

16. Surxay Quliyev  Gəncə ş TTYS

17. Gülnarə Xəlilova Mərdəkan 26 saylı Birləşmiş Xəstəxana. Pediatr.

18. Cəmşid Abbasov Gəncə ş. TTYS 

19. Kərəm Yaqubov  Kliniki Tibbi Mərkəz Həkim-reanimatoloq

20. Ulduz Əhmədova Yevlax rayonu Havvarı Kənd Xəstəxanasının Baş həkimi

21. Surət Abbasov  Gəncə ş. TTYS

Həkim və tibb bacılarının iş saatı 4 saata endirilməlidir

22. Fəxrəddin Məmmədov  Sumqayıt şəhər 5 Saylı Uşaq Poliklinikası Rentgenoloq

23. Qəşəm Hüseynov  Bakı ş. TTYS

24. Sədaqət Həsənova Bakı ş. N.Nərimanov adına 1 saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının pediatrı

25. Əlipənah Qarayev Mingəçevir Şəhər Xəstəxanası Ortoped-Travmatoloq

26. İsmayılova Aidə  Bakı ,25 saylı poliklinikada Terapiya şöbə müdiri 
27. Piverdi Hümbətov Cəlilabad Qarazəncir kənd həkim məntəqə müdiri

28. Cəlil Qocayev Qazax Xanlıqlar kənd həkim məntəqəsinin həkimi

29. Mətanət Atayeva Bakı Suraxanı rayonu 23 poliklinada terapevt

30. Valiyə Peykər Bakı 7 saylı doğum evi cərrah mama-ginekoloq

31. Təranə Quliyeva Bakı 5 saylı poliklinika

32. Səfərova Zərifə Bakı Elmi Tədqiqat Pediatriya İnsitutunun həkimi

33. Xasay Bayramov Sumqayıt  Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından həkim

Bütün həkimlərimizə, o cümlədən COVID-19 virusundan vəfat edən digər tibb işçilərinə və vətəndaşlarımıza Allahdan rəhmət diləyirik.