Prezident peyvəndləmə tədbirləri ilə bağlı göstəriş verdi-RƏSMİ
Rusiya prezidenti Vladimir Putin hökumətə ölkənin 60 faizə qədər əhalisini qrip əleyhinə peyvəndlə təmin edilməsi barədə göstəriş verib.
“İzvestiya” agentliyi xəbər verir ki, tapşırıqların siyahısı Kremlin saytında dərc edilib.
Göstərişdə həmçinin qeyd olunur ki, hazırlanan dərmanların qeydiyyatı aparıldıqdan sonra vətəndaşların koronavirus infeksiyası əleyhinə peyvənd edilməsini də təmin etmək lazımdır.
Xatırladaq ki, dünyada 20 256 547 nəfərdə koronavirus aşkarlanıb.
Virusa yoluxan 738 937 xəstə ölüb, 13 120 470 nəfər sağalıb.
Koronavirusun ən çox yayıldığı ölkələr ABŞ (5 251 446 nəfər), Braziliya (3 057 470 nəfər), Hindistan (2 269 052 nəfər), Rusiya (892 654 nəfər) və Cənubi Afrikadır (563 598 nəfər).
Sərhəd qonşularımızdan İranda 328 844, Türkiyədə 241 997, Ermənistanda 40 433, Gürcüstanda 1 250 nəfərdə koronavirus qeydə alınıb.
Azərbaycanda koronavirusa yoluxan 33 647 nəfərin 492-si ölüb, 30 642-si sağalıb.