"Səhiyyə sahəsində internet marketinqin hansı kanaları daha effektiv sayılır?"-EKSPERT

Bu gün üçün səhiyyəmizdə marketinqin rolu və marketinqin nə qədər düzgün tətbiq olunduğu barədə müsahibimiz Rəqəmsal Marketinq üzrə mütəxəsis Şahpur İbrahimovdur.

Dəyərli vaxtını bizə ayırdığı üçün Şahpur bəyə təşəkkür edirik.

-Səhiyyə sahəsində internet marketinqin hansı kanaları daha effektiv sayılır?

Tibb sahəsində müştəri cəlb etmək üçün kifayət qədər çox marketinq kanalı mövcuddur. Lakin reklam yerləşdirməkdən əvvəl hədəf audititoriyasının davranış qaydalarını və tələbatını anlamaq lazımdır. Məsələn, plastik cərrahiyyə, stomatologiya və kosmetologiya üzrə pasiyentləri cəlb etmək üçün sosial şəbəkələr, ginekologiya, urologiya üçün əsas Google, ümumi klinika üçün isə miks marketinq effektiv sayılır.

-Miks marketinq deyəndə nə nəzərdə tutulur?

Müxtəlif kanalarda fərqli taktikadan istifadə edib, müştərini cəlb etmək. Azərbaycanda 3 əsas satış kanalı var - sayt, sosial şəbəkələr və Google.

Google-da reklamlar ödəniş vasitəsi ilə və ya orqanik, yəni pusluz nümayiş oluna bilər. Amma pulsuz nümayiş olmaq üçün klinikanın və ya həkimin saytı Google standartlarına cavab verməlidir. Google səhiyyə saytlarını YMYL (Your Money or Your Life) metodologiya əsasında qiymətləndirir. Google-da saytın orqanik olaraq nümayiş olunması üçün, saytın daxilində olan məlumatlar E-A-T (Expertise -Authoritativeness- Trustworhiness) formatına uyğun olmalıdır. Yəni Google anlamalıdır ki saytda olan məlumatlar insanlara zərər gətirmir, o zaman Google botunun sayta etibarı artır.

Sosial şəbəkələrdə sistemlik yaratmaq çox önəmlidir. Səhifədə həm faydalı, həm də reklam xarakterli paylaşımlar olmalıdır. Yalnız reklam xarakterli olsa, səhifə maraqlı olmayacaq. Əgər bizim məqsədimiz brend yaratmaqdırsa, o zaman insanlara tələb olunan informasiya təqdim olunmalıdır. Ona görə Facebook İnstagram səhifələrində müalicə olunan xəstələrin hekayələri, prosedurları nümayiş etdirən qısa videolar, ekspertlərdən faydalı məsləhətlər, sual-cavab rubrikaları olsa, daha çox müştəri cəlb olunar.

Və əlbəttə sayt. Saytın məqsədi konversiya etməkdir. Yəni ziyarətçilər, müraciət etməlidirlər. Bu zəng ola bilər, onlayn çatda sual və ya Whastapp keçid. Bu məqdəsə çatmaq üçün sayt rahat olmalıdır, istifadəçi məlumat tapmaq üçün əziyyət çekməməlidir, kontent keyfiyyətli və asan oxunan olmalıdır.

-Amma insanlar hər zaman klinikaya görə deyil, həkimin tanıyıb gəlirlər

Əlbətdə. Həkimə görə, klinikaya, konkret xidmətə, hətta məkana görə də gələn var. Bunlar hamısı brend məsələsidir. Şəxsi brend və ya müəssənin brendi. Amma bunu qurmaq üçün strategiya və müddət lazımdır. Amma müassir zamanda müştəri həkim, klinika və ya xəstəliyin müalicəsi haqqında məlumatı internetdən axtarır və ən maraqlısı bu məqam baş verir. İnternetdə kim daha aktiv görünürsə o da brendə çevrilmək imkanı qazanır. Bir məqamda var ki, aktivlik keyfiyyət demək deyil. Amma bugünkü günün tələbidir.

-Blogerlər necə? Bugünkü günün tələbidirmi? Blogerin klinikanın tanıtımında nə qədər rolu ola bilər?

Youtube bloger seqmenti hələ çox gəncdir, amma İnstagram blogeri müştəri cəlb edə bilər və klinikanın reputasiyasına müsbət təsir göstərə bilər. Amma reklam formatı çox önəmlədir. İnstagramda sadə paylaşım effektiv olmur, bloger yumor xarakterli qısa metrajlı videolarda çəkiləndə, bəlli deyil əsas brend yadda qalır, yoxsa bloger özü. Ən effektiv format “Instagram Stories”-də serial formatında yerləşdirilən paylaşımlardır. Məsələn bloger məkanın şəklini paylaşır və auditoriyadan soruşur “Bilirsiz bura haradır?”. Düz tapana hədiyyə verəcəm. Növbəti mərhələdə ona gələn cavabların, stories-də screenlərin paylaşaraq, yazırki, hələ düz cavab tapılmadı. Yəni maraq oyadır. İnsanlar artıq serial kimi növbəti paylaşımı gözləyirlər. Sonda bloger klinikanın adını açıqlayır və həkimlə fotosunu paylaşır. Belə formatlar effektiv olur.

-İki növ reklamı müqaisə etsək. TV-də və internetdə. Hansı daha effektiv sayıla bilər?

TV-də vaxt məhdudiyəti mövcuddur. Hamı TV-də olan lahiyyələrdə iştirak edə bilmir. İştirak edirsə, bütün istədiyi mövzuları əhatə edə bilmir. TV-də olan qiymətlərə görə daim orda reklam yerləşdirmək çətindir. Əlbəttə müəyyən yaş kateqoriya insanlara marketinq messajlarını və klinika haqqında məlumatları çatdırmaq üçün TV-dən istifadə etmək zəruridir. Amma internetdə TV-dən fərqli olaraq məhdudiyyət yoxdur. İkinci məsələ insanlar seçim etməmişdən əvvəl internetdə məlumatlar toplayırlar. Üçüncüsü internet potensial müştəriləri cəlb etmək üçün qiymət nöqteyi nəzərindən ən effektiv vasitədir.

-Sizcə tibb marketiqində əsas hansı problemlər var?

Məncə müştərini təkrar cəlb etmək üçün yetərincə iş aparılmır. Check-up, 50% endirim kampaniyaları, pulsuz müayyinələr və s. Bütün aktivlik yeni müştəriləri cəlb etmək üçün aparılır. Bu əlbəttəki düzgün yanaşmadır, amma təkrar satış daha ucuz başa gəlir, nəinki yeni müştərinin cəlb edilməsi. Məlumat bazası toplanır, amma bu məlumatlarla işləmirlər. Nəticədə müştəri itkisi baş verir. Amma CRM sistemlərin və “call center” inteqrasiya olunsa klinikanın loyal müştəri sayı artar.