Tanınmış kardioloq AKC-in sədri seçilib

Azərbaycan Kardiologiya Cəmiyyətinin 10-cu Milli konqresi keçirib. Tanınmış kardioloq, Tibb Üzrə Fəlsəfə doktoru Üzeyir Rahimov AKC-in sədri seçilib.

 Üzeyir Rəhimov 1991 – 1998 Ankara Universiteti Tibb Fakultəsində təhsil alıb. 1998 – 2003 Ankara Universiteti Tibb Fakultəsi Kardiologiya uzmanlığına yiyələnib.

Uzm. Dr. Üzeyir Rəhimov həm də Tibb Elmləri Üzrə Fəlsəfə Doktoru elmi dərəcsinə sahibdir.
1998 – 2003 Ankara Universiteti Kardiologiya Şöbəsində çalışıb.
Daha sonra Üzeyir Rəhimov 1999 – 2003 Ankara Özəl Yaşam Xəstəxanasında çalışıb.


Üzeyir Rəhimov 2003 – cü ildə Azərbaycana qayıdıb və həmin ildən 2013-cü ilədək Bakıda Mərkəzi Klinik Xəstəxasında kardioloq kimi əmək fəaliyyətini davam etdirib.


İxtilaslı kardioloq kimi həm hər çür ürək-damar xəstəliklərinin müalicəsi məşğul olub. Eyni zamanda ölkəmizdə xaricdə ixtisaslaşıb gələn ilk yerli mütəxəssislərdən biri olaraq koronar angioqrafiya müayinəsi və stent müdaxiləsi prosedurlarını icra edib.
Üzeyir Rəhimov bu mütəxəssis kardiolo kimi bu fəaliyyətlərini 2013 – cü ildən etibarən Baku Medikal Plazaklinikasında davam etdirməkdədir.
Hal-hazırda bu klinikanın şöbə müdiridir.


Üzeyir Rəhimov Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin Üzvüdür.

Peşəkar Cəmiyyətlərdə fəaliyyəti və Beynəlxal əlaqələri

– Azerbaycan Kardiologiya Cəmiyyəti periferik invaziv qrup sədri
– Türk Kardiologiya Dərnəyi üzvü
– Avropa Kardiologiya Cemiyyeti üzvü
Üzeyir Rəhimov vaxtaşırı yerli və beynəlxalq konfranslarda iştirak edib elmi-praktik təcrübələrini öz həmkarları ilə bölüşür.  Konfranslarda çıxışlar edir.


Elmi jurnallarda məqalələri dərc olunur.

Ona işlərində müvəffəqiyyətlər arzulayırıq.