Tanınmış travmatoloq-ortoped COVID-19-dan vəfat edib

Azərbaycan Tibb Universitetinin Travmatologiya və ortopediya kafedrasının müəllimi Mehdi Cəfərov bu gün COVID-19 xəstəliyindən dünyasını dəyişib.

 

ALO103.com  xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxan M.Cəfərov xəstəxanada müalicə alırdı.

 

Qeyd edək ki, travmatoloq-ortoped M.Cəfərov 1990-1996-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdı. 1997-ci ildən Azərbaycan Dövlət Tibb Universitetinin Travmatologiya-ortopediya kafedrasının əməkdaşı idi.
O, universitetin Tədris Cərrahiyyə Klinikasınında cərrah-travmatoloq vəzifəsində çalışmışdı.