Vaksinin vura biləcəyi fəsadları aradan qaldırmaq qat qat asandır-EKSPERT

Məşhur həkim reanimatoloq Şahin Məmmədov daim öz açıqlamaları ilə diqqət mərkəzində qalmağı bacarır.

Belə ki, Şahin Məmmədov həmişə izləyiciləri və həmkarları üçün həm elmi yeniliklərdən, həm də gündəlik aktual olan problemlərlə bağlı paylaşımlar edir.

Bu dəfəki paylaşım isə daha çox koronavirusla mübarizə tədbirlərinin növbəti mərhələsi olan peyvəndləmə ilə əlaqədar olub. Əhalini isə həmişəki kimi, qaydalara ciddi riayət etməyə çağırıb.

Paylaşımı sizəmolduğu kimi təqdim edirik:

Suallar var ki virusu keçirənlər də vaksin vurmalıdırmı? Qısa cavab istəyirsizsə bəli. Çünkü ayrı ayrı fərdlərdə qazanılmış təbii immunitet kifayət dərəcədə qoruyucu gücə malik olacağını proqnozlaşdırmaq və yoluxmayacağına zəmanət vermək çətindir. Vaksin vasitəsilə qazanılma immunitet də az etibarlıdır, vaksin vurduranlar yenə də maska geyinməlidir, özünü qorumalıdır. Vaksin vurduranlar da virusa yoluxacaq , amma vaksin işə yarayacaqsa simptomsuz keçirəcəklər. Həmin insanlar digərlərini yoluxdura biləcəkləri üçün maskadan azad edilməyəcəklər.
Həm vaksin vurmaq həm vurmamaq riskdi. Amma bir faktı deyim ki hələ ki vaksindən zərər görənlərin sayı covidin öldürdüyü insan sayından müqayisə olunmaz dərəcədə azdı. Vaksinin vura biləcəyi fəsadları aradan qaldırmaq ağır covid xəstəsinin müalicəsindən də qat qat asandı.
Qərar verəndə hazırda həyatın iflic durumda olmasını, süni tənəffüsdə yüzlərlə xəstənin yaşamaq uğrunda çarpışmasını, bu virusa görə çoxsaylı həkim və digər tibb işçiləri daxil olmaqla neçə neçə dəyərli insanın həyatını itirdiyini, belə davam edərsə bir gün yoluxma növbəsinin mütləq sizə də çatacağını nəzərə alın.
Vaksin ideal qoruma vasitəsi olmasa da hazırda covidə qarşı tətbiq edə biləcəyimiz başqa seçənək yoxdur.
Türkiyədə 600 000 insan hələ ki vaksinasiya olub, ciddi fəsadlar olsaydı rəsmi açıqlama verilməsə də belə insanlar sosial şəbəkədə paylaşardı. Məncə Çin Xalq Respublikası alimlərinin min bir zəhmətlə hazırladığı və bizə dövlət tərəfindən pulsuz təklif olunan vaksindən imtina etməyəlim)