Vasif İsmayıldan vəfat edən Qarabağ qazisi ilə bağlı-AÇIQLAMA

Daha əvvəl qeyd etdiyimiz kimi, Qarabağ qazisi Dağbəyi Məmmədovun vəfatında oğlu Zamiq Məmmədov "HB Güvən" klinikasını günahlandırmışdı.

Həmçinin klinikanı ona məsləhət görən həkimin Vasif İsmayıl olduğunu qeyd etmişdi.

Övladı Qarabağ qazisinin ölümündə HB Güvən Klinikasını günahlandırır-İDDİA

Vasif İsmayıl məsələ ilə bağlı açıqlama verib və bu barədə öz facebook hesabında paylaşım edib.

Həkimin paylaşımını sizə olduğu kimi təqdim edirik:

"Zamiq Məmmədlinin atası Dağbəyi dayı haqqında çıxan söhbətlərə izahat.

Zamiq Azərbaycanın Zəngilan bölgəsindən mürəkkəb bir tale yaşamış bir vətəndaşdır. "Düşərgə" əsərinin başqa nümayəndəsidir. Onun Zəngilandan qaçış hekayəsi FB-da var - tükləriniz biz-biz olar. Zamiq və ailəsi Zəngilandan qaçarkən ataları Dağbəyi dayı yanlarından yox idi. Çünki vətənini, öz kəndini qoruyurdu. Adam Öz vətənini Öz ailəsindən qabağa qoymuşdu. Adamın "Öz"-ü kəndi, el-obası idi, ailəsi deyil.

Bundan hardasa 3 ay əvvəl Dağbəyi dayı, müharibə qazisi, əlili xəstələndi. Qızdırması qalxmışdı.

Çətin zaman idi. COVID-19 ilə əlaqədar ağciyər iltihabı olan xəstələrin heç biri ağciyər xəstəlikləri xəstəxanasına qəbul edilmirdi. Əvvəlcə virus testi aparılırdı.

Azərbaycana Uhanda işləmiş həkimlər gətirilir - RƏSMİ

Zamiq Dağbəyi dayının bütün məsələlərini mənimlə məsləhətləşirdi.

Dağbəyi dayının qızdırması çıxanda hər şeyi Ağciyər xəstəlikləri institututu ilə məsləhətləşməsini tövsiyə etdim.

Alınmadı.

Orada ancaq COVID xəstələri yatırdı.

Dağbəyi dayıda isə COVİD testi mənfi idi. Adam rəsmən ortalıqda qaldı.

Vicdanım yol vermədi. İndi işlədiyim "Güvən" klinikasına zəng etdim.

Qəbul etmədilər.

Səhiyyə nazirliyindən direktiv gəlmişdi: bütün ağciyər infeksiyaları TƏBİB kontrolundan keçməli idi.

Dağbəyi dayıda COVID testi mənfi idi.

Analiz günlər əvvəl alınmışdı, amma cavabını demirdilər.

Dağbəyi dayı evdə əziyyət çəkirdi. Yanında da oğlu..Zamiq Bir də qızları.

Vicdanım əl vermədi. Qarabağ qazisi bir adamın, öz ailəsini qoyaraq öz kəndi uğrunda döyüşlərə qoşulan birinin evdə yardımsız qalmasına vicdanım əl vermirdi.

"Güvən" ilə danışdım.

Koronavirusda effektiv olsaydı Bayer istehsalını artırar və dünyaya satardı-PROFESSOR

Dağbəyi dayını küçəyə çıxma qadağası olan günlərdə xəstəxanaya yatırdıq. COVID yoxladıq. Mənfi idi. Amma "sətəlcəm" tapdıq. Bildiyimiz adi sətəlcəm.

Dağbəyi dayı ilə müntəzəm maraqlanırdım. Həkimlərinə tam olaraq inanırdım, amma Zamiq rahat olsun deyə yoluxurdum. Özünün yanına dəfələrlə girdim. Klinika onun başına ancaq ona xidmət edən tibb bacısı qoymuşdu. Dağbəyi dayı özü-özünə qulluq edə bilmirdi. Dağ kimi kişi idi, amma xəstəlik onu çətin vəziyyətə salmışdı.

Mən Zamiqə görə Dağbəyi dayının qulluğunda durdum.

Klinika bacardığını elədi.

Sizə daha əvvəl "sətləcəmin" gündəlik müalicə xərcləri haqqında danışdışdım. Çox çıxır.

Çox.

Üç gün sonra Dağbəyi dayı nisbətən düzələndə "evə göndərək, evdə müalicə olsun" deyə qərar çıxdı.

Zamiq istəmədi.

Zəng etdim, xahiş etdim.

Saxladılar.

Dağbəyi dayı evə xəstəxanaya gəldiyi şikayətlər olmadan getdi. Şahidəm.

Amma bir həftə sonra pisləşdi.

Bəzi tibbi ləvazimat və preparatların ölkədən aparılması məhdudlaşdırıldı-SİYAHI

Mənim şəxsən tanıdığım, hər gün mənə Dağbəyi dayının vəziyyətini məruzə edən həkim dedi: pisləşmənin altında ancaq onkoloji xəstəlik yata bilər.

Doktor tövsiyə etdi, Zamiq yoxlatdı.

Dağbəyi dayıda mədə xərçəngi var imiş.

İndi Zamiq ödədiyi, özəl xəstəxanaya ödədiyi məbləği geri istəyir.

Xəstəxana o məbləği geri verə bilməyəcək. Çünki alınan pulun əksər hissəsi dərmanlara verilib. Onsuz da bizim həkimlər Dağbəyi dayıdan həkim qonararı almamışdılar.

Ya mənə, ya da Dağbəyi dayının özünə görə.

Mənim atam da qida borusu xərçəngindən əməliyyat edildi, amma insultdan öldü. Həkimlərini günahlandırmaq üçün tonla sənəd var idi, amma hamısı boş idi. Adam insult keçirdi və ...öldü.

Mən Dağbəyi dayının ölməsini istəmirdim. Zamiqə görə də deyil, zira Dağbəyi dayı həyatını onsuz da erməniyə tapşırıb kəfəni yırtmış adam idi. Adamın duruşuna görə ölməyini istəmirdim. Mənim atam 65 yaşında öldü, Dağbəyi dayı isə...80 yaşında.

Mən,...Nazxanım... Mansur Dağbəyi dayının canı üçün sonuna qədər vuruşduq.

Koronavirusla mübarizəyə İtaliya ölkəmizə tibbi heyət göndərir-FOTO

Amma insan canını tapşırdı.

Zamiq isə məni yerin dibinə soxdu.

Soxsun.

Dağbəyi kişidən artıq adam deyiləm ki."

Bir daha vətəndaşlarımıza tövsiyə edirik ki, hər hansı maddi problemdən doöan çətinliyi omsuz da, ağır vəziyyətdə olan səhiyyəmizə qarayaxma ilə kompensasiya etməsin.

ALO103.com olaraq Vasif İsmayıla fəaliyyətində uğurlar arzulayırıq.